فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ٦٥
Fa asri bi ahlika biqit'im minal-layli wattabi' adbārahum walā yaltafit minkum ahadun wamdū haythu tu'marūn
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”.
Təfsir
Gecədən bir müddət keçdikdən sonra ailəni götürərək yola çıx və səndə onların arxasınca get. Sizdən heç kəs onların başına nə gəldiyini görmək üçün çevrilib arxaya baxmasın. Beləliklə də, Allahın sizə getmənizi əmr etdiyi yerə qədər irəliləyib gedin!"