Al-Hijr surəsi, ayə 49

15:49

۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٤٩

Nabbi' 'ibādī annī anal-ghafūrur-rahīm

(Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver.

Təfsir

Ey Peyğəmbər! Qullarımdan Mənə tövbə edənləri ba­ğışlayıb, rəhm edəcəyimi onlara bildir.