ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٣
Dharhum ya'kulū wayatamatta'ū wayulhihimul-amalu fasawfa ya'lamūn
Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.
Təfsir
Ey Peyğəbmər! Yalan sayan kimsələri tərk et, qoy onlar dünyada bir müddət heyvan kimi yeyib-içsinlər, fani dünya həyatının ləzzətləri ilə əylənsinlər və xam xəyallarla başlarını qatıb, iman gətirib, saleh əməllər etdməkdən yayınsınlar. Onlar, Qiyamət günü Allahın hüzuruna cəm olduqda, özlərinin ziyan içində olduqlarını biləcəklər.