وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ ٢١
Wa im min shay'in illā 'indanā khazā'inuhū wamā nunazziluhū illā biqadarim ma'lūm
(Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
Təfsir
İnsan və heyvanların faydalandığı hər şeyi var etməyi və insanları onunla faydalandırmağa qadir olan yalnız Bizik. Biz, var etdiyimiz hər bir şeyi hikmətimizin və iradəmizin tələbinə müvafiq olaraq yalnız müəyyən bir ölçüdə var edirik.