ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٥٦
Al-mulku yawma'idhi lillāhi yahkumu baynahum falladhīna āmanū wa'amilus-sālihāti fī jannātin-na'īm
O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib saleh əməllər edənlər Nəim cənnətlərində olacaqlar.
Təfsir
Qiyamət günü - onların özlərinə vəd edildikləri əzab içində yenidən diriləcəkləri gün - hökm yalnız Allaha aid olacaq. Bu barədə heç bir ixtilaf ola bilməz. Uca Allah o gün möminlərlə kafirlər arasında hökm verəcəkdir. Hər kəsə dünyada ikən etdiyi əməllərin qarşılığını verəcəkdir. Uca Allaha iman gətirib yaxşı işlər görənlər üçün böyük mükafat olaraq tükənməz nemətləri olan və orada əbədi qalacaqları Nəim cənnətləri vardır.