كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ٢٢
Kullamā arādū an yakhrujū minhā min ghammin u'īdū fīhā wadhūqū 'adhābal-harīq
Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtulmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”– (deyiləcəkdir).
Təfsir
Kafirlər Cəhənnəmdə gördükləri əzabdan və düşdükləri qəm-qüssədən canlarını qurtarmaq üçün hər dəfə oradan çıxmaq istədikdə, onlar yenidən oraya qaytarılacaq və onlara: "Dadın yandırıcı Cəhənnəmin əzabını!" – deyiləcəkdir.