لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ وَأَنزَلۡنَا ٱلۡحَدِيدَ فِيهِ بَأۡسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ ٢٥
Laqad arsalnā rusulanā bil-bayyināti wa anzalnā ma'ahumul-kitāba wal-mīzāna liyaqūman-nāsu bil-qisti wa anzalnal-hadīda fīhi ba sun shadīdun wamanāfi'u lin-nāsi waliya'lamallāhu man yansuruhū warusulahū bil-ghaybi innallāha qawiyyun 'azīz
Biz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri bilsin. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.
Təfsir
Biz elçilərimizi tutarlı dəlillərlə və aydın sübutlarla göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri nazil etdik. O dəmir ki, ondan silah düzəldilir, habelə, insanların sənaye və əkinçilik sahələrində istifadə edilir. Biz onu nazil etdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərən qullarını üzə çıxartsın. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir, heç kəs Ona nə üstün gələ bilər, nə də Onu aciz qoya bilər.