فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ٥٩
Fabaddalal-ladhīna zalamū qawlan ghayral-ladhī qīla lahum fa anzalnā 'alal-ladhīna zalamū rijzam minas-samā'i bimā kānū yafsuqūn
Zülm edənlər özlərinə deyilən sözü başqa bir sözlə dəyişdilər. Biz də zülm edənlərə, etdikləri günaha görə göydən əzab göndərdik.
Təfsir
Özlərinə zülm edənlər isə onlara əmr olunan əməli başqa bir əməllə dəyişib onlara deyilən sözü təhrif etdilər. Belə ki, oraya yanları üstə sürünə-sürünə, Uca Allahın əmrinə istehza edərək: "Sünbülün üstündəki buğda" –deyərək daxil oldular. Biz də zalımların Allahın əmrinə müxalif olub şəriətin hüdudlarını aşdıqlarına görə, əməllərinin müqabili olaraq onlara göydən əzab göndərdik.