Al-Baqarah surəsi, ayə 41

2:41

وَءَامِنُواْ بِمَآ أَنزَلۡتُ مُصَدِّقٗا لِّمَا مَعَكُمۡ وَلَا تَكُونُوٓاْ أَوَّلَ كَافِرِۭ بِهِۦۖ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗا وَإِيَّٰيَ فَٱتَّقُونِ ٤١

Wa āminū bimā anzaltu musaddiqal limā ma'akum walā takūnū awwala kāfiri bihī walā tashtarū bi'āyātī thamanan qalīlan wa iyyāya fattaqūn

Əlinizdəkini təsdiqləyici olaraq nazil etdiyim Qurana iman gətirin və ona küfr edənlərin birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

Təfsir

Mühəmmədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyim Qurana iman edin. Beləki o, Allahın tövhidi və Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyi barəsində Tövratın təhrif edimədən öncəki xəbərlərinə müvafiqdir. Quranı inkar edənlərin ən birincisi siz olmaqdan çəkinin! Nazil etdiyim ayələri şan-şöhrət və ya rəhbərlik kimi ucuz qiymətə dəyişməyin! Mənim qəzəbimdən və əzabımdan qorxun.