Al-Baqarah surəsi, ayə 159

2:159

إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّٰعِنُونَ ١٥٩

Innal-ladhīna yaktumūna mā anzalnā minal-bayyināti wal-hudā mim ba'di mā bayyannāhu lin-nāsi fil-kitābi ulā'ika yal'anuhumullāhu wayal'anuhumul-lā'inūn

Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!

Təfsir

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun gətirdiyi dinin doğruluğuna dəlalət edən açıq-aydın ayələr nazil etdiyimizdən və həmçinin öz kitablarında olanları insanlara öyrətdiyimizdən sonra onu gizlədən yəhudiləri, nəsraniləri və onların ardınca gedənləri Allah Öz rəhmətindən qovmuşdur və mələklər, peyğəmbərlər və bütün insanlar da onların Allahın rəhmətindən qovulması üçün dua edirlər!