ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُوْلَٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۗ وَمَن يَكۡفُرۡ بِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ١٢١
Alladhīna ātaynāhumul-kitāba yatlūnahū haqqa tilāwatihī ulā'ika yu'minūna bihī waman yakfur bihī fa ulā'ika humul-khāsirūn
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar kitaba iman gətirənlərdir. Onu inkar edənlər – məhz onlar ziyana uğrayanlardır.
Təfsir
Qurani-Kərim kitab əhlindən əllərindəki nazil edilmiş kitablara əməl edib və ona layiqincə tabe olan bir tayfa haqqda danışır. Onlar bu kitablarda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) peyğəmbərin həqiqi peyğəmbər olduğuna dəlalət edən əlamətlər gördükləri üçün ona iman gətirməyə tələsidlər. Başqa bir tayfa isə bu həqiqəti bildikdən sonra öz küfürlərində israr edib qaldıqları üçün xüsrana uğradılar.