Al-Baqarah surəsi, ayə 1

2:1

الٓمٓ ١

Alif Lām Mīm

Əlif. Ləm. Mim.1

Haşiyələr

1 Surənin əvvəlindəki, oxunuşda arasında fasilə verilən bu hərflər Quranın ecazkar olduğuna dəlalət edir. Artıq bu Quran vasitəsilə müşriklərə xəbərdarlıq edilmiş və onlar bunun bənzərini gətirməyə aciz qalmışlar. Quran, ərəb dilinin quruluşunu təşkil edən bu hərflərdən daha mürəkkəbdir. Ərəblərin Quranın bənzərini gətirməyə aciz qalması, – halbuki onlar ərəb dilini ən səlis bilən insanlardır, – onun Allahdan nazil edilmiş vəhy olmasına dəlalət edir.

Təfsir

Əlif. Ləm. Mim. Qurani Kərimin bəzi surələri ərəb əlifbasının hərflərilə başlayır. Bu həriflər (əlif, bə tə və s.) hərf olaraq tək yazıldıqda özlüyündə məna daşımasa da Qurani Kərimdə hikmətsiz heç bir şeyin olmadığı üçün belə ayələrin hikməti və mənası vardır. Belə ayələrin ən əhəmiyyətli hikmətlərindən biri də: Allahın onları bildikləri və danışdıqları hərflərdən ibarət olan Quran ilə hədələməsidir (meydan oxumasıdır). Elə buna görə də bu surədə olduğu kimi, Uca Allah çox vaxt belə ayələrdən sonra Qurani Kərim haqqında danışmışdır.