وَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوهُم مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ٨٢
Wamā kāna jawāba qawmihī illā an qālū akhrijūhum min qaryatikum innahum unāsun yatatahharūn
Onun qövmünün cavabı: “Onları (Lutu və ona iman gətirənləri) yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.
Təfsir
Lut qövmündən bu çirkin işi edənlərə inkar etdikdə, onların haqqı inkar edərək Lut haqqında cavabı belə olmuşdur: "Lutu və oun əhl-əyalını yurdunuzdan çıxarın. Onlar bizim etdiyimiz bu əməldən uzaq olmağa can atan adamlardır, elə buna görə də onların bizim arasında qalması yol verilməzdir".