أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡۚ وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ قَوۡمِ نُوحٖ وَزَادَكُمۡ فِي ٱلۡخَلۡقِ بَصۜۡطَةٗۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٦٩
Awa'ajibtum an jā'akum dhikrum mir rabbikum 'alā rajulim minkum liyundhirakum wadhkurū idh ja'alakum khulafā'a mim ba'di qawmi nūhin wazādakum fil-khalqi bastatan fadhkurū ālā'allāhi la'allakum tuflihūn
Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.
Təfsir
Yoxsa sizi qorxutmaq üçün mələk və cinlərdən olmayan, əksinə, öz aranızdan olan və sizin dildə danışan bir kişinin vasitəsi ilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsi heyrətinizi artırdı?! Rəbbinizə həmd-səna edin, Allahın yer üzündə sizə bəxş etdiyi nemətlərə, Nuh qövmünü küfür əməlləri üzündən həlak etdiyindən sonra sizi yer üzünə xələflər təyin etdiyinə və sizi xilqətcə daha cüssəli, qüvvətli və şiddətli etdiyinə görə Ona şükür edin və Cənnətə daxil olub və Cəhənnəmdən nicat tapmanız üçün Allahın sizə verdiyi böyük nemətlərini daima xatırlayın!