Al-A'raf surəsi, ayə 42

7:42

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٤٢

Walladhīna āmanū wa'amilus-sālihāti lā nukallifu nafsan illā wus'ahā ulā'ika ashābul-jannati hum fīhā khālidūn

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik.

Təfsir

Rəbbinə iman gətirib, bacardığı qədər yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar ora daxil olub, orada əbədi qalacaqlar. Biz hər kəsi onun bacardığından artıq qədər yükləmərik.