Al-A'raf surəsi, ayə 177

7:177

سَآءَ مَثَلًا ٱلۡقَوۡمُ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمۡ كَانُواْ يَظۡلِمُونَ ١٧٧

Sā'a mathalanil-qawmul-ladhīna kaddhabū bi'āyātinā wa anfusahum kānū yazlimūn

Ayələrimizi yalan sayıb özlərinə zülm edən qövm barəsində çəkilən məsəl necə də pis bir məsəldir!

Təfsir

Dəlillərimizi və sübutlarımızı təsdiq etməyib, yalan sa­yan kimsələrdən də daha pis kimsə yoxdur! Məhz elə bu kimsələr, özlərini həlaka sürükləməklə nəfislərinə zülm edən kimsələrdir.