وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ ١٥٤
Walammā sakata 'am mūsal-ghadabu akhadhal-alwāha wafī nuskhatihā hudan warahmatul lilladhīna hum lirabbihim yarhabūn
Musanın qəzəbi sakitləşdikdə (yerə atdığı) lövhələri götürdü. Oradakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi.
Təfsir
Musanın - aleyhissəlam - qəzəbi sakitləşdikdə, qəzəbləndiyinə görə əlindən yerə atdığı lövhələri yerdən götürdü. Bu lövhələrdə, hidayət yolunu zəlalətdən ayırd edən, haqqa yönəldən doğru yol və Rəbbinin əzabından qorxub, çəkinənlər üçün mərhəmət var idi.