قَالَ يَٰمُوسَىٰٓ إِنِّي ٱصۡطَفَيۡتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِي وَبِكَلَٰمِي فَخُذۡ مَآ ءَاتَيۡتُكَ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ١٤٤
Qāla yāmūsā innistafaytuka 'alan-nāsi birisālātī wabikalāmī fakhudh mā ātaytuka wakum minash-shākirīn
(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə heç bir vasitə olmadan) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”
Təfsir
Allah Musaya - aleyhissəlam - dedi: "Ey Musa! Mən səni qövmünə peyğəmbər göndərdiyim zaman Öz vəhyimlə və səninlə heç bir vasirəsiz danışmağımla səni insanlardan seçib üstün etdim. Elə isə sənə verdiyim bu şərəfli işi: nemətləri, əmr və qadağaları götür və bu əzəmətli bəxşişə görə Allaha şükür edənlərdən ol!"