Al-A'raf surəsi, ayə 115

7:115

قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ نَحۡنُ ٱلۡمُلۡقِينَ ١١٥

Qālū yāmūsā immā an tulqiya wa immā an nakūna nahnul-mulqīn

(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

Təfsir

Sehrbazlar Musaya - aleyhissəlam - qələbə çalacaqlarından özlərindən əmin olaraq təkəbbürlük və lovğalıq edərək dedilər: "Ey Musa! Seçim sənindir, ya sən atmaq istədiyini birinci at, ya da ki, biz birinci ataraq başlayaq!"