Al-'Ankabut surəsi, ayə 49

29:49

بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ٤٩

Bal huwa āyātu bayyinātun fī sudūril-ladhīna ūtul-'ilma wamā yajhadu bi'āyātinā illaz-zālimūn

Əksinə, bu (Quran) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Ayələrimizi ancaq zalımlar inkar edərlər.

Təfsir

Əksinə, sənə nazil olan bu Quran möminlərdən elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi yalnız Allaha küfr etmək və Ona şərik qoşmaqla özlərinə zülm edən kimsələr inkar edir­lər.