وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ ٤٧
Wakadhālika anzalnā ilaykal-kitāba falladhīna ātaynāhumul-kitāba yu'minūna bihī wamin hā'ulā'i man yu'minu bihī wamā yajhadu bi'āyātinā illal-kāfirūn
Biz beləcə, (bu müqəddəs) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz kimsələr də ona iman gətirirlər. Onların arasında (Məkkə əhlindən) Ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər.
Təfsir
Biz səndən əvvəlkilərə kitablar nazil etdiyimiz kimi, sənə də Quranı nazil etdik. Abdullah bin Səlam kimi Tövratı oxuyanlardan bəziləri öz kitablarında Muhammədin (sallallahu aleyhi və səlləm) vəsfini gördükləri üçün ona iman gətirirlər. Həmçinin, müşriklər arasında da, ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. O kafirlər ki, onların işi ancaq küfr etmək və inadkarlıq göstərib, gün kimi aydın olan haqqı inkar etməkdir.