Al-'Ankabut surəsi, ayə 44

29:44

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٤٤

Khalaqallāhus-samāwāti wal-arda bil-haqqi inna fī dhālika la'āyatal lil-mu'minīn

Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.

Təfsir

Allah göyləri və yeri, batil olaraq, əbəs yerə deyil, əksinə, haqq olaraq yaratmışdır. Şübhəsiz ki, bu yaradılışda mö­min­lər üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki Allahın yaratdığı məxluqata baxıb və bu məxluqatın həqiqətən də, Allahın yaratdığını etiraf edənlər elə məhz onlardır. Amma kafirlər isə yer üzündə və həmçinin öz nəfslərində Allahın qüdrətinə dəlalət edən neçə-neşə ayələrə rast gəlsələr də, lakin onlar bunlardan ibdət almadan, üz çevirərək keçib gerdərlər.