Al-'Ankabut surəsi, ayə 41

29:41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١

Mathalul-ladhīnat-takhadhū min dūnillāhi awliyā'a kamathalil-'ankabūtit-takhadhat baytan wa inna awhanal-buyūti labaytul-'ankabūti law kānū ya'lamūn

Allahdan başqasını özlərinə dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Evlərin ən zəifi isə, əlbəttə ki, hörümçəyin evidir. Kaş ki, biləydilər!

Təfsir

Allahdan başqa özlərinə fayda verəcəyini və ya onlara şəfaətçi olacaqlarını arzu etdərək bütlər ibadət edən müşriklərin məsəli, özü­nü düşmənindən qorumaq üçün özünə bir yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Çünki o yuva, hörümçəyi düşmənindən qoruya bilməz. Onların Allahdan başqa ibadət etdikləri bütləri də eyni şəkildə onlara nə bir zərər verə bilər, nə də ki, onlara şəfaətçilik edə bilərlər. Əgər müşriklər bunu bilsəydilər, Allahı buraxıb bütlərə əsla ibadət etməzdilər!