۞ فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٦
Fa'āmana lahū lūtun waqāla innī muhājirun ilā rabbī innahū huwal-'azīzul-hakīm
Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimə (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.”
Təfsir
Lut - aleyhissəlam - ona iman gətirdi. İbrahim - aleyhissəlam - ona belə dedi: "Mən Rəbbimə, Şam diyarının bərəkətli torpqlarına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"