يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢٩
Yā'ayyuhal-ladhīna āmanū in tattaqullāha yaj'al lakum furqānan wayukaffir 'ankum sayyi'ātikum wayaghfir lakum wallāhu dhul-fadlil-'azīm
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqqı batildən ayırd edən (bir nur) verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Bilin ki, əgər siz Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxsanız, O sizə haqla batili ayırd etmə bacarığı verər, bundan sonra qəlbinizdə heç bir şübhə qalmaz, Allah sizin etdiyiniz pis əməllərdən keçər və sizin günahlarınızı bağışlayar. Allah böyük lütf sahibidir. Allahın mütəqqi qulları üçün hazırladığı cənnət də, Onun böyük lütfündən biridir.