فَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ٩٠
Fastajabnā lahū wawahabnā lahū yahyā wa aslahnā lahū zawjahū innahum kānū yusāri'ūna fil-khayrāti wayad'ūnanā raghaban warahaban wakānū lanā khāshi'īn
Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini onun üçün islah etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.
Təfsir
Biz (Zəkəriyyanın) duasını qəbul etdik və ona övlad olaraq Yəhyanı verdik. Zövcəsi sonsuz olduğu bir halda, Biz onu uşaq doğmağa qadir bir hala gətirdik. Həqiqətən, Zəkəriyya, onun zövcəsi və oğlu yaxşı əməllər etməyə tələsər və rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq Bizə dua edərdilər. Onlar daima Bizə yalvarıb-yaxarardılar.