Al-Anbiya surəsi, ayə 83

21:83

۞ وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٨٣

Wa ayyūba idh nādā rabbahū annī massaniyad-durru wa anta arhamur-rāhimīn

Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə nida edərək demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Təfsir

Ey Peyğəmbər! Əyyubun - aleyhissəlam - hekayəsini də, yada sal! O, xəstəliyə düçar olduqda, Rəbbinə: "Ey Rəbbim! Mən, xəstəlik və ailəmi itirmək müsibətinə məruz qaldım. Sən mərhəmətlilərin ən mərhəmətlisisən, məni düşdüyüm bu bəladan xilas et!"– deyərək yalvarıb dua de­mişdi.