قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ ٦٣
Qāla bal fa'alahū kabīruhum hādhā fas'alūhum in kānū yantiqūn
(İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.
Təfsir
İbrahim, insanların gözü önündə bütlərinin acizliyini onlara göstərmək üçün dedi: "Xeyr, bunu mən etmədim. Əksinə bu işi bütlərin ən böyüyü etmişdir. Əgər bütləriniz danışa bilirlərsə, məndən yox, onlardan soruşun."