قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ٥٩
Qālū man fa'ala hādhā bi'ālihatinā innahū laminaz-zālimīn
Onlar dedilər: “İlahlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”
Təfsir
İbrahimin qövmü qayıdıb bütlərinin parça-parça edilib sındırılmış bir halda gördükdə, bir-birilərinə: "Məbudlarımızı kim bu hala salmışdır? Təzimə layiq olan bütlərimizə qarşı belə bir həqarətə əl atan kimsə həqiqətən də zalımlardandır!" – dedilər.