بَلۡ مَتَّعۡنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ٤٤
Bal matta'nā hā'ulā'i wa ābā'ahum hattā tāla 'alayhimul-'umuru afalā yarawna annā na'til-arda nanqusuhā min atrāfihā afahumul-ghālibūn
Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!
Təfsir
Bəli, Biz kafirlərə və onların ata-babalarına, onları qəfildən əzabla yaxalamaq üçün ömürləri boyunca bol-bol nemətlər və xoş güzəran bəxş etdik. Onlar bu bol-bol nemətlər içərisində o qədər firavan yaşadılar ki, hətta daima belə qalacaqlarına aldanıb, öz küfr əməllərində ölənə davam etdilər. Məgər onlara bəxş edilən nemətlərimizə aldanıb, əzabımızın tez bir zamanda gəlməsini istəyən o kimsələr, müsəlmanlara zəfər verərək, onları məğlub edib yaşadıqları torpaqları əllərindən alaraq və ərazini hər tərəfdən əskildib müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Yoxsa onlar, başqalarının başına gələnlərin onların başına gəlməyəcəyinimi zənn edirlər?! Onlar qalib deyil, əksinə, məğlub olan kimsələrdir!