خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ ٣٧
Khuliqal-insānu min 'ajalin sa'urīkum āyātī falā tasta'jilūn
İnsan tələskən yaradılmışdır. Mən ayələrimi sizə göstərəcəyəm. Tələsməyin.
Təfsir
İnsan xilqət etibarilə hövsələsiz və tələskən yaradılmışdır. O, müşriklərin, Allahın əzabının özlərinə tez bir zamanda gəlməsini istədikləri kimi, bir işin vaxtı çatmadan olmasına tələsər. Ey əzabıma tələsən kimsələr! Tələsdiyiniz şeyləri mütləq sizə göstərəcəm, elə isə tələsərək onun tez bir zaman da olmasını istəməyin!