Al-Anbiya surəsi, ayə 22

21:22

لَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٢٢

Law kāna fīhimā ālihatun illallāhu lafasadatā fasubhānallāhi rabbil-'arshi 'ammā yasifūn

Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!

Təfsir

Əgər göylərdə və yerdə bir çox ilahlar ol­saydı, bu zaman göylərin və yerin mülkünə sahib çıxmaq üçün onlar arasında bir çəkişmə baş verərdi və sonda on­la­rın hər iki­si məhv olub gedərdi. Həqiqət isə bunun tam əksidir. Ərşin Rəbbi olan Allah müşriklərin iftira ataraq Onun şərikləri olduğu iddialarından uzaqdır!