سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ ١٤٨
Sayaqūlul-ladhīna ashrakū law shā'allāhu mā ashraknā walā ābā'unā walā harramnā min shay'in kadhālika kaddhabal-ladhīna min qablihim hattā dhāqū ba sanā qul hal 'indakum min 'ilmin fatukhrijūhu lanā in tattabi'ūna illaz-zanna wa in antum illā takhrusūn
Müşriklər deyəcəklər: “Əgər Allah istəsəydi, (Ona) nə biz, nə də atalarımız şərik qoşardı və heç bir şeyi də haram etməzdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Sonda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir elminiz varmı? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.
Təfsir
Müşriklər Allaha şərik qoşduqlarının doğruluğuna dair bunun Allahın istəyi və qüdrəti ilə olduğunu görə özlərinə bəraət qazandıraraq deyəcəklər: "Əgər Allah bizim və ata-babalarımızın Allaha şərik qoşmamasını istəsəydi, biz Ona heç vaxt şərik qoşa bilməzdik. Əgər Allah bizim öz nəfsimizə haram etməyi istəməsəydi, biz haram özümüzə etdiyimiz şeylərdən heç bir şeyi haram edə bilməzdik". Onların bu batil dəlillərinə oxşar olaraq onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab edərək belə demişdilər: "Əgər Allah bizim peyğəmbərləri yalan hesab etməyimizi istəməsəydi, biz heç vaxt onları yalan hesab edə bilməzdik". Beləliklə də, onlar əzabımızı onlara daddırana qədər bu münvalla peyğəmbərləri yalan hesab etməkdə davam etdilər. Ey Peyğəmbər! Müşriklərə de: "Deyin görək, sizin Allaha şərik qoşmanızın Allahın buna razı olmasına, yaxud Allahın haram etdiyini halal və ya halal etdiyinidə haram etmənizə dair bir dəliliniz varmı?" Sizin cadəcə olaraq bunu etməyiniz, heç də Allahın bu işdən razı olduğuna dəlil deyil. Siz bu işdə ancaq zənnə qapılırsınız, zənn isə əsla həqiqət ola bilməz, siz ancaq yalan danışırsınız.