وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ٧
Wa idh akhadhnā minan-nabiyyina mīthāqahum waminka wamin nūhin wa ibrāhīma wamūsā wa'īsabni maryama wa akhadhnā minhum mīthāqan ghalīzā
Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq.
Təfsir
Ey Peyğğəmbər! Xatırla ki, bir zaman Biz peyğəmbərlərdən möhkəm bir əhd almışdıq ki, yalnız Allaha ibdaət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar, üstəlik, onlara vəhy ediləni təbliğ etsinlər. Xüsusi olaraq səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan da belə bir əhd almışdıq. Biz onlardan, Allahın risaləsini təbliğ etmək xüsusunda əmanəti yerinə yetirəcəklərinə dair möhkəm bir əhd almışdıq.