۞ وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ٣١
Waman yaqnut minkunna lillāhi warasūlihī wata'mal sālihan nu'tihā ajrahā marratayni wa a'tadnā lahā rizqan karīmā
Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib və saleh bir əməl edərsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.
Təfsir
Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib Allahın razı qaldığı saleh əməlləri etsə, ona başqa qadınlardan fərqli olaraq mükafatını ikiqat verərik. Biz axirətdə onun üçün bol ruzi - Cənnət hazırlamışıq.