أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٨
Am yaqūlūnaftarāhu qul iniftaraytuhū falā tamlikūna lī minallāhi shay'an huwa a'lamu bimā tufīdūna fīhi kafā bihī shahīdā baynī wabaynakum wahuwal-ghafūrur-rahīm
Yoxsa onlar: “O (Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. (Ey Peyğəmbər!) De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan qurtara bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi (Quranı təkzib etmənizi və ona sehir demənizi) daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.
Təfsir
Yoxsa o müşriklər: “Muhəmməd bu Quranı özündən uydurmuş, sonra da onu Allaha nisbət etmişdir!” – deyirlər?! Ey Peyğəmbər! Onlara de: “Əgər mən onu özümdən uydurmuşamsa, siz heç bir tədbirlə məni Allahın əzabından qurtara bilməzsiniz. Elə isə mən Allaha qarşı yalan uydurmaqla öz əllərimlə özümü necə əzaba sürükləyə bilərəm?! Allah sizin Qurana tənə vuraraq lağa qoyduğunuzu və mənə məzəmmət etdiyiniz daha yaxşı bilir. Mənimlə sizin aranızda Allahın şahid olması kifayətdir. O Öz qullarından günahlarına görə tövbə edən kimsələri Bağışlan və onlara Rəhm edəndir”.