فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٥٧
Fadlam mir rabbika dhālika huwal-fawzul-'azīm
(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.
Təfsir
Sənin Rəbbindən onlara bir lütf və yaxşılıq olaraq. Bu zikr edilənlər - Allahın onları Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğurdur.